Günahdan necə təmizlənim?
Sual:
salam.menim 16 yasim var.bilmek isterdimki etdiyn gunahdan nece temizlenim?tovbe ede bileremmi
Cavab:
Aleykum salam. Tövbə etmək və ardınca savab və xeyirxah əməllər görməklə günahlardan təmizlənmək olar. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl-Furqan, 70-71).
Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?