Peyğəmbərimiz isti olanda başını möhürə qoyubmu?

    17.07.2014
Kimdən: 
Isgender
Sual: 
Salamu Alekum Rehmetullah ve Berakatu. Qardash men sualim budu ki Sia qardashlarimiz deyir ki siz yeni Sunniler sevsiz. Baxin axi ehli Sunneler Muhemmed Peygember Sallalahu Alehi Wassalam in eledi yini ediler bu duzdu ki ? Birde Bir gun peygberimiz namaz qilanda o geder isti olub ki yer qoturub bashinin altina dash qoyub bunden sonra Sia qardashlar bashlarini mohure qoyurdular daha bele baxanda buda sunnet di de bu duzdu?
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Möhür haqqında isə şəriətdə heç bir səhih məlumat yoxdur. Çünki Peyğəmbərimiz Məhəmməd (Allahın ona və ailəsinə salamı və salavatı olsun) namazı möhürsüz qılmışdır. Möhürlə namaz qılmaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən bidətdir. Bidət dində olmayan bir ibadəti dinə salmaqdır. Aişə (radıyəllahu anhə) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır". (əl-Buxari, 2697; Muslim, 1718).
Başqa bir rəvayətdə isə belə demişdir: "Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır". (Muslim, 3/313).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələri yol gedərkən namaz qılmaq istədikdə səhranın qızmış qumu onların alınlarını yandırır. Bu zaman Allah Rəsulu (salləllahu aleyhi və səlləm) deyir ki, qumu su ilə horra edin və alnınızı ona qoyun. Bu, istisna hal olub. Bu o demək deyil ki, həmişə qumu su ilə horra edib namaz qılmaq lazımdır. Sadəcə buna səbəb yarandı deyə belə oldu. Ümumiyyətlə dinimizdə belə bir qayda var: İstisnalar ana qaydanı, (özəyi, kökü) dəyişmir.

Teqlər: 
Paylaş: