Qüsul alarkən nə vaxt niyyət etmək lazımdır?
Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bütün əməllər yalnız niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". (əl-Buxari, 1).
Ona görə də niyyət təkcə qüsula yox bütün əməllərə aiddir. Elə bir əməl yoxdur ki, həmin əməli etməkdə insanın niyyəti olmasın. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ibadətin heç bir növündə niyyətini dil ilə söyləməmişdir. Niyyətin yeri qəlbdir. Hamama girərkən qüsul almaq məqsədi ilə girməyinizi bilməniz niyyət üçün kifayətdir. Niyyəti dilə gətirmək isə Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o şey qəbul olunmayıb, rədd olunar". (əl-Buxari; Muslim).
Qapalı və heç kimin görmədiyi yerdə çəmərkən övrət açıq ola bilər.