Qüsul alarkən bədənin hər yerinə su dəyməlidir?

    20.07.2014
Sual: 
Salam. 1)Qusul alarken, su bedenin her yerine deymelidi, yeni bu sertdi? 2)Ev seraitinde dusdan gelen su, gur olmadigina gore neynemek lazimdir?
Cavab: 

Aleykum salam. Qüsul alarkən bədənin hər yerinə su dəyməlidir. Bu zaman suyu qənaətlə işlətmək və az su ilə kifayətlənmək lazımdır.
Əlinin (radiyallahu anhu) nəvəsi Muhəmməd rəvayət edir ki, o, atası Hü­seyn (radiyallahu anhu) və bir dəstə camaat Cabir ibn Abdullahdan (radiyallahu anhu) qüsl haq­qında soruşdular. O dedi: “Bir saa (yəni, dörd ovuc) kifayət edər”. Bir ki­şi: “Mənə kifayət etmir” – dedikdə, Cabir ona: “Səndən çox sa­çı olan və səndən də xeyirlisinə (yəni Peyğəmbərə (sallallahu aleyhi və səlləm)) ki­fa­yət edərdi” – deyib sonra bizə imamlıq edib namazı qıldır­dı (Buxari, Muslim)

Teqlər: 
Paylaş: