Ölmüş adamı tez-tez yuxuda görmək nə məna verir?

    22.07.2014
Sual: 
yuhuda olu adami gormek ne demektii, bezileri deyiler sene gore naraahati , bezisii deyir _guran ohutmasini istiyir senen! haish edirem cavaabima ses verin, eziyiet olmasa eger menen gurann ohumasini istiyrse hansi sureni ohuyum?teshekur eedirem, ohuduza gore...
Cavab: 

Aleykum salam. Əvvəlcə bu məqaləni oxuyun: Yuxu haqqında

Quranı ölülər üçün oxumaq olmaz, çünki Quran dirilər üçün nazil edilmişdir. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt Quranı ölülər üçün oxumamışdır. Uca Allah Öz kitabını ölülər üçün deyil, dirilər üçün göndərmişdir. Uca Allah buyurur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Yə Sin, 69-70).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) ölülər üçün Uca Allahdan bağışlanma və rəhmət diləməyi buyurmuşdur. Daha ətraflı buradan oxuyun:
Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?

Teqlər: 
Paylaş: