Kamil qüslun alınması ilə bağlı

    23.07.2014
Kimdən: 
konul umid
Sual: 
Salam.men nece illerdiki bildiyim qaydada qusl aliram.amma sizin saytda oxudum bu haqda orda yazilibki uc defe su tokmek. O zaman duw olmayib onagore qab ile qusl aliblar.indi muasir zamandi.herkes duw vasitesile bunu edir.men bele edirem:suyun altina durub once bas boyun bogaz. Sobra sag terefe durub ciyinden ayaq ucuna kimi.sonrasolu ciyinden ayaq ucuna kimi.bes bu dogru deyil? Mumkunse mene bada salardiz.onceden Allah razi olsun deyirem
Cavab: 

Aleykum salam. Səhih hədislərə görə qüslda əsas məqsəd bütün bədənin islanmasıdır. Hətta bir insan qüsl almaq niyyəti ilə dənizə, gölə, çaya və.s təmiz su olan yerlərdə bütün bədənini və başını salıb çıxarsa, qüsul almış sayılır. Saytımızda yazılan isə kamil qüsulun alınması formasıdır (Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kimi). Dediyiniz qayda da qüsul ala bilərsiniz, bu da kamil qüsula yaxındır.

Teqlər: 
Paylaş: