"Müasir" həyat tərzi keçirən qadını İslama necə dəvət etmək olar?

    25.07.2014
Kimdən: 
Perviz
Sual: 
Assalamu aleykum ve rehmetullahi ve bereketuhu. Əzizlərimdən biri, qadındır, ibadətə başlamaq istəyir. bilmək istərdi ki, ibadət edən qadın çımərliyə gedə bilərmi? ümümiyyətlə bu məsələlər dində necə tənzimlənir? məlumat üçün deyim ki, o sovet dönəmində formalaşmış bir insandır və kifayət qədər "müassir" həyat tərzi sürür. Elə düşünürəm ki, bir andaca hər şeyi atmaq onun üçün çox çətin olacaq. qorxuram ki, bəzi qadağalar onun ibadətə başlaması üçün əngəl olsun. Allah rizası üçün məsləhət və tövsiyələrinizlə ona yardımçı olun. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhabələri dəvətə göndərərkən əvvəlcə insanları tövhidə çağırmağı, qəbul edərlərsə gündə 5 vaxt namaz qılmağı, daha sonra digər məsələləri təbliğ etməyi buyurmuşdu. Bu qaydaya uyğun olaraq, əvvəlcə həmin insana tövhidi izah etmək, yalnız Allaha dua etmək, heç kimi vasitəçi tutmamaq, pirlərə getməmək, yalnız Allaha təvəkkül etmək kimi əməlləri təbliğ etmək, daha sonra namazı öyrətmək, bir müddət sonra isə hicab bağlamağa dəvət etmək sünnəyə daha uyğun olardı. 
Dənizdə çimməyə gəldikdə isə, qadın naməhrəmlərin görmədiyi yerdə əri ilə birlikdə çimə bilər.

Teqlər: 
Paylaş: