Orucun pozulacağı haqqında daim şübhə və qorxuda olmaq

    22.07.2014
Sual: 
Salam. Mən oruc tutandan bəri fikrim qalıb (çox çox üzr istəyirəm) cinsiyyət üzvümdə, o mənada ki, bütün günü fikirləşirəm, qorxuram ki, nəsə ifraz olunsun və ürəyim şübhələr içində qalsın. Tez-tez qorxu içində yoxlayıram. Heç şəhvətə qapanmıram, çox uzağam şəhvətdən, amma di gəl ki, qorxduğum yenə başıma gəlir. Bu gün oruclu halda ifraz olundu yenə. Hətta tez-tez şeytan vəsvəsə edir gözümün önünə pis şeylər gəlir, qorxudan ürəyim partlayacaq. Orucum pozulmasın deyə var-gəl edirəm bütün gün. Bütün gün nəsə gələcək hissi var üzərimdə, (idrar qaçırma kimi). Axırda özüm qəsdən gücə saldım özümü, ayaqyoluna gedirmiş kimi gücəndim ki, nəsə varsa gəlsin canım qurtarsın. Və gücəndiyim zaman ifrazat gəldi. İfraz olunan şey qatı, südrəngi və kremə bənzəyən bir şeydir. Orucum batildir? Və ümumiyyətlə bu ifrazatdan sonra yenidən qüsl almalıyam oruclu halda?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsə üsullarından biridir. Vəsvəsə ilə mübarizə aparmaq yox, ona əhəmiyyət verməmək lazımdır. Sizə belə fikirlər gəldikdə fikir verməyərək orucunuza davam edin.
Yuxuda məni (sperma) ifraz olması orucu pozmur. Şəhvət hissi olmadan hər hansı axıntı da orucu pozmur.
Oruclu olarkən bu kimi vəsvəsələrin gəlməsi nə orucu pozur, nə də savabını azaldır. Bu kimi vəsvəsələr gəldikdə onlara fikir verməyib "əuzu billəhi minə-ş-şeytani-r-racim" deyərək digər işlərinizə davam edin. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36)
Həmçinin oxuyun: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

Paylaş: