Şəhvət hissini söndürmək məqsədilə videolara baxmaq

    23.07.2014
Sual: 
Salam.Şəhvəti öldürmək məqsədiylə intim videoa baxmaq olarmı.Amma bu gözünü haram şeylərə baxmaqdan çəkindirirsə.Birdə ki , hələ evlənmək vaxtı deyil.Həmdə ki, 2 ildiki xəstəyəm oruc tutmaq (ac qalmaq) problem yaradır amma şehvet çox incidir.Men ne etmeliyem?
Cavab: 

Aleykum salam. Gözü haramdan çəkindirir? Bəs baxdığınız özü nədir? Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu gözün zinası adlandırıb. Çoxlu zikr, dua və ibadət edin, möminlərlə oturub-durun, məscidlərə gedin və digər xeyirli əməlləri çoxaldın. Həmçinin oxuyun: Əxlaqsız fotolara və ya videolara baxmaq olar?

 

Teqlər: 
Paylaş: