Valideynim əli bağlı namaz qılmağa və niqab geyinməyimə razı deyillər, nə edim?

    26.07.2014
Kimdən: 
ehli sunne val cammat
Sual: 
Salam Aleykum.Menim sualim beledi.Men Elhemdulilleh selefiyem.Namazlarimi eli bagli Peygenber(s.e.s) sunnesine uygun olaraq in wa Allah ki qiliram.Ama buna ne qohumlar razidi nedeki esas valideyinim.Anam mene diyirki elivi ac namaz qil.Eks teqdirde haqqimi sene halal elemirem.Usdelik men niqaba kecmek isdiyirem bunada neyinki etiraz bildiriller hetta qadaga ediller.Valdeyinim halal etmir deye ibadeterim batildir? Xaiw edirem mene meslehet verin.Allah razi olsun.Haqqinizi halal edin.
Cavab: 

Aleykum salam. Niqab vacib olmadığı üçün bu məsələdə valideynlərinizin dediyini edin. Namazı isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qıldığı kimi qılmaq lazımdır. O, demişdir: "Məni necə namaz qılan gördünüzsə, sizdə elə namaz qılın". (əl-Buxari, 631). Həmçinin o, (salləllahu aleyhi və səlləm) belə demişdir: "Xaliqə (yaradana) asi olmaq məsələsində məxluqa (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd, 1095).
Amma hər bir halda valideynlərimizlə gözəl davranmalıyıq. Uca Allah buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 14-15).
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23).

Paylaş: