Bu üç vacib əməldən ilk öncə hanısını yerinə yetirmək lazımdır?
Aleykum salam. İlk öncə orucu açmaq lazımdır. Daha sonra namazı qılmaq və sonra da dünyasını dəyişən şəxsi kəfənləmək olar.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə". (ət-Tabərani, 11323; İbn Hibban, 1770).
Həmçinin namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda da belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır".
Üzrlü səbəb olmadan namazın vaxtını uzadıb son vaxtında qılmaq bəyənilmir. Daha sonra cənazəyə aid işlərlə məşğul olmaq olar.