Günahsız şəxsi bilmədən acılamağın günahı nədir?
Salam aleykum. Həmin şəxsin könlünü alıb ondan halallıq istəmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir kəsin ləyaqətinə toxunmaq və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin (fayda verməyəcəyi Qiyamət günü) gəlməmişdən əvvəl bu gün həmin adamdan halallıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı olmazsa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyular". (əl-Buxari, 2449).
"Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan (onu vurduğuna görə) öz haqqını alacaq". (Muslim "əl-Birr va-s-Sılə val-Ədəb", 4679).
Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurub ki: "Bilirsinizmi müflis kimdir?", səhabələr (radıyəllahu anhum) dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Bunun üzərinə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüş. Bundan dolayı onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklənir və sonra o kəs Cəhənnəmə atılır". (ət-Tirmizi, 4/36). Həmçinin oxuyun: Qəlb qırmaq günahdırmı?