Heç Allahla yanaşı başqa bir tanrımı var?

    21.07.2014

Uca Allah buyurur: “Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir tanrımı var? Xeyr, onlar haqdan yayınan adamlardır. 
Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər.
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Siz necə də az düşünürsünüz?
Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Allah onların qoşduqları şəriklərdən ucadır. 
Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin". De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər"
 (ən-Nəml, 60-65).

Paylaş: