Yalnız Ramazanda ayında namaz qılmaq doğrudurmu?
Sual:
Salam.Mən 15 yaşındayam və bu Ramazan ayında Namaza başladım.İstəyirəm ki ancaq bu ayı qılım,səbəbi də bu dur ki mən 11ci sinifə keçdim və istemirəm ki,irəlidəki aylarda boynuma qəza yığılsın dərslərə göra,çünki ders çox olacaq.İn Şa Allah Allah can aaglığı versin,gelen ildən artıq ömrüm boyu Namaza başlamaq isteyirem.Sizcə belə olar?Məni başa düşürsüz yagin ki,mənə cavablandırın bu sualımı.Allah Razı oısun
Cavab:
Aleykum salam. Namaz qılmaq ağılı başında olan, həddi-büluğa çatan hər bir müsəlman kişi və qadına vacibdir. Sizin 15 yaşınız varsa, artıq siz həddi-büluğa çatmış sayılırsınız. O ki, qaldı namazları qəza etmək məsələsinə, bu məsələyə görə narahat olmayın. Ehtiyac halında zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir. Uca Allah buyurur: "Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34).
Ona görə də namaza başlamaq üçün hansısa vaxtı gözləmək olmaz.