Cinsi əlaqədən sonra su tapmasaq nə etməliyik?

    28.07.2014
Sual: 
salam meleykim.qadlnla elaqede oldugdan sonra su tapmasam,ne etmeli?birde olarml ki,seheri gun çimmek.xais edirem bu haqqda etrafli yazaslz.
Cavab: 

Aleykum salam. Cinsi əlaqədən sonra su tapılmadıqda torpaq ilə təyəmmüm edə bilərsiniz. Həmin gün və ya başqa gün su tapsanız artıq çimmək vacib olur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Məidə, 6).
 

Paylaş: