Qüsul aldıqda övrət yerləri mütləq bağlı olmalıdırmı?
Sual:
internetde qusl abdesti ile bagli videolara baxdim,butun hallarda ovret yeri bagli olur.fikrimi bele izah edim.Men hamama girib qusl abdesti almaq isteyirem,evvelce bedenimin her yerini temiz yuyuram,sonra tam bir abdest aldidan sonra 3 defe bashima,3defe bedenimin sag,sonra 3defe sol terefine su tokurem.Bu zaman ovret yeri baxdigim videolarda ortulu olur,mense aciq halda abdest aliram,demeli bu gunahdir.Xahish edirem cavablandirsiniz.Evvelceden minnetdaram.
Cavab:
Qüsul alarkən qapalı yerdəsinizsə, övrət yerlər açıq da ola bilər və bu günah deyil, amma bağlı olması daha yaxşıdır. Bu cür etmək Uca Allaha qarşı ədəbli və həyalı olmaqdan irəli gəlir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Bir insanda həya nə qədər çox olursa-olsun, onun gətirdiyi yalnız xeyir olar".