Namazda olarkən səcdədə dua etmək doğrudur?
Sual:
Namazda olarken secdede dua etmek dogrumudur?
Cavab:
Salam aleykum. Namazda iki yerdə namazın sözlərindən sonra öz dilində dua etmək olar. Səcdə zamanı edilən dua: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782). Namazın sonunda salamdan əvvəl edilən dua: Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşuldu: "Hansı dua ən tez qəbul olunur?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edilən dua". (ət-Tirmizi, 3499).