Nə qədər dua etsəmdə arzularım həyata keçmir, nə edim?
Sual:
salam əleykum. İlk növbədə üzr istəyirəm narahat etdiyim ücün. Sualım budur ki, mənim 13-yaşım var. Mən tez tez bu həyatda umudumu itirirəm. Nə qədər dua etsəm də arzulaım dan heç biri gerçək olmur. Axı mən nə qədər səbr edim.? Xayiş edirəm cavablandırasınız
İndidən Allah razı olsun.
Cavab:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736).
"Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar". (Əhməd, 3/18).
Həmçinin günahlardan çəkinmək və ibadəti çoxaltmaq da duanın qəbul olunmasını tezləşdirir. Daha ətraflı: Duaların qəbul olması üçün nə etmək lazımdır?
Həmçinin oxuyun:
Bəzən Allaha dua edib şəfa istəyərkən Allah niyə kömək etmir?
Allahdan ümidi üzmək günahdırmı?