Təvazökarlıq haqqında
Uca Allah insanlara təvazökar olmağı buyurur. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın”. (Əbu Davud, 4250).
Uca Allah Onun xatirinə təvazökar olanları ucaldacağını vəd edir. Ömər demişdir: “Peyğəmbər ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Peyğəmbər bunu deyərək ovcunu səmaya qaldırdı”.
Allah Elçisi demişdir: “Sədəqə vermək malı əskiltməz. Bağışlayan olduğuna görə Allah qulunun izzətini artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar”. (Muslim, 2588).
Allah təvazökar olanların hikmətini artırar. Allah Elçisi demişdir: “Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda mələyə belə deyilir: “Onun hikmətini artır!” O, təkəbbürlük etdikdə isə mələyə belə deyilir: “Onun hikmətini burax!”