Kəbinin şərtləri hansılardır?
Sual:
Salamun Aleykum kebinin sertleri nelerdi
Cavab:
Aleykum salam. Dinimizdə nigahın şərtləri vardır. İlk növbədə hər iki tərəfin razılığı vacibdir. Sonra qız tərəfdən vəli (qızın atası) olmalıdır, bu mütləq lazımdır. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Vəlisiz və iki şahidsiz nigah yoxdur". (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66). Oğlan tərəfdən kiminsə olması şərt deyil. İki nəfər şahid olmalıdır və həmçinin, qıza mehr verməlidir. Daha ətraflı bu məqaləni oxuyun:
Nikah bağlamağın qaydaları