Allahın "ət-Təvvab" adının mənası

    27.07.2014

ət-Təvvab tövbələri qəbul edən deməkdir. Uca Allah buyurur: «Şübhəsiz ki, O tövbələri qəbul edəndir» (əl-Bəqərə 37).  
Tövbə etmək günahdan dönmək, onu tərk etmək deməkdir. Tövbə etmək asilikdən əl çəkib Allahın itaətinə qayıtmaqdır. Uca Allah bəndəni tövbə etməyə müvəffəq edir, tövbə etdikdə isə onun tövbəsini qəbul edir. Uca Allah bəndələrinin tövbə etmələrini və Onun itaətinə qayıtma yollarını asanlaşdırır. Allah tövbə edənin günahlarını silib yox edir. O buyurur: 
«Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görərsə, o şübhəsiz ki, Allaha yaxşı bir dönüşlə dönər». (əl-Furqan, 70-71).
Allah Elçisi - sallallahu aleyhi və səlləm - buyurmuşdur: “Uca Allah gündüz günah edənlərin tövbələrini qəbul etmək üçün gecə əlini uzadır. Gecə günah edənlərin tövbələrini qəbul etmək üçün də gündüz əlini uzadır. Bu, (Qiyamət günü) günəşin şərqdən doğma (əks tərəfdən çıxma) vaxtına qədər belədir”. (Muslim, 2759).

Paylaş: