Namaz qılmaq istəyirəm, lakin qorxuram axıra kimi qıla bilməyim
Sual:
Men namaz qilmaq isteyireme lakin qorxuram ki axira kimi qila blimeyim bu gunah sayilir mi?
Cavab:
Hər bir namaza başlayan bu narahatlığı keçirir. Ona görə də Uca Allah insana namazda əl-Fatihə surəsini oxumağı buyurur. Hər bir namaz qılan müsəlman bu surənin beşinci ayəsində "İhdinəs-sıratal mustəqim" (Bizi doğru yola yönəlt!) deyir. Bunun mənası isə "bizim doğru yola yönəlməyimizi artır və bizi doğru yolda davamlı et!" deməkdir. İnsan Allahın namaz qılmaq əmrini yerinə yetirməli və işin sonunu Allaha həvalə etməlidir. Bu hər bir işdə belədir. Dində bu cür yanaşmağa Allaha təvəkkül etmək deyilir. Bu isə o deməkdir ki, hər bir xeyir işdə müsəlman əlindən gələni edib işin nəticəsini Allaha həvalə etməlidir. Bütün işləri yoluna qoyan isə yalnız Allahdır.