Dinə təriqətçiliyi salanların islamın ən böyük düşmənləri olması hansı surədədir?

    03.08.2014
Kimdən: 
Rza
Sual: 
Dine teriqet saalanlar Islamic en Boyuk duwmenidir-hansi surededir
Cavab: 

Salam aleykum. Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur: "Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: "İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!" - deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar". (Ali İmran, 105-107).
Abdullah ibn Abbas (Allah onların hər ikisindən də razı olsun) demişdir: "Toplum şəklində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır".
Həmçinin Uca Allah buyurur: "Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir". (əl-Ənam, 159).
Bu ayələr parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. 

Teqlər: 
Paylaş: