Necə bilim ki, Allah Təala tövbəmi qəbul edib məni bağışlamışdır?

    27.12.2013
Sual: 
Salam aleykum. Men nece bilim ki, Uca Allah tovbemi qebul edib meni bagishlayib? Bunu men nece bilim?
Cavab: 

Salam aleykum. Bilmək lazımdır ki, Uca Allah tövbələri qəbul edən və çox bağışlayandır. Allah Təala insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir. Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (əl-Hakim, 7658).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər sizin günahlarınız səmaya çatsa belə, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər". (İbn Məcəh, 4248, 4389).
Əbu Hureyra (radıyəllahu anhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İtirdiyini tapan necə sevinirsə, Allah sizdən birinizin tövbə etməsinə ondan daha çox sevinir".
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər bir Adəm oğlu günah edəndir. Günah edənlərin ən xeyirliləri isə tövbə edənlərdir".
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) mənə buyurdu: "Bir günah etmiş olsan, Allahdan bağışlanma dilə və Ona tövbə et! Çünki tövbə peşman olmaq və bağışlanma diləməklə olur".
Əbu Səid əl Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir".
Bütün bu dəlillərdən sonra ALLAH TƏALADAN HEÇ ÜMİD ÜZMƏK OLARMI?!

Teqlər: 
Paylaş: