Pis və fitnəkar qohumla əlaqəni kəsmək günahdırmı?

    05.08.2014
Sual: 
Əgər qohum pisdirsə, söz gəzdirirsə, qiybət edirsə, fitnə-fəsad mənbəyidirsə və aşırı dərəcədə insanın əsəblərini korlayıb onu günaha batıracaq qədər fəsad bir insandırsa o qohumla əlaqəni qırmaq yenə də günahdır? Və gətridiyi payı sabahsı gün insanın başına qaxırsa o qohumun gətirdiyi payı qəbul etməyib geri çevirmək də günahdır?
Cavab: 

Salam aleykum. Bu cavabı oxuyun: Pis qohumla əlaqələni kəsmək olarmı?
Əgər gətirdiyi paya görə minnət vuraraq başa qaxanclıq edib bununlada sizə əziyyət vermiş olarsa, payını da qəbul etməyə bilərsiniz. Yaxşı olar ki, fürsət tapıb onlara Allah Təalanın bu ayələrini xatırladasınız: "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!" (əl-Bəqərə, 261-264).

Paylaş: