Allahın "əl-Mumin" və "əl-Muheymin" adlarının mənası

    31.07.2014

əl-Mu`min sözü haqqı təsdiq edən, həmçinin əmin-amanlıq bəxş edən deməkdir. Uca Allahın bu adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən (əl-Mu`min), hər şeyi müşahidə edən (əl-Muheymin), Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23).
əl-Mumin – bəndələrinə öz əzabından əmin-amanlıq bəxş edəndir. əl-Mumin - möminlərə vəd etdiyi mükafatı və kafirlərə vəd etdiyi əzabı təsdiq edəndir.  
Uca Allahın əl-Muheymin adı əl-Mumin adı ilə yanaşı yuxarıda qeyd edilən ayədə bir dəfə zikr edilir. 
əl-Muheymin - hər şeyə şahid olan, hər şeyi qoruyan və nəzarət edən deməkdir. Uca Allah buyurur: “Allah hər şeyə şahiddir” (əl-Mucadilə, 6). 
Həmçinin buyurur: “Allah onların nə etdiklərinə Şahiddir” (Yunus, 46).
əl-Muheymin - gizli olan hər şeyi biləndir, heç bir şey Ondan gizli qalmır. O, yaratdıqlarının bütün hərəkətlərinə nəzarət edir.
 

Paylaş: