Allahın "əl-Aziz" və "əl-Cəbbar" adlarının mənası

    01.08.2014

Uca Allahın əl-Aziz adı hamıdan izzətli, qüvvətli və hər şeyə qalib gələn deməkdir. Uca Allahın əl-Aziz adı Qurani-Kərimdə doxsan iki dəfə zikr edilir. Allah təala buyurur:
“Həqiqətən, O, Qüdrətlidir (əl-Aziz), Müdrikdir” (əl-Ənfal, 63).   
Həmçinin buyurur: “Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir” (Fatir, 44).
Uca Allahın əl-Cəbbar adı isə ən əzəmətli və ən güclü olan deməkdir. Bu ad Qurani-Kərimdə bir dəfə zikr edilir. Allah təala buyurur:
“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli (əl-Aziz), Qadir (əl-Cəbbar), Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23).
əl-Cəbbar yaratdıqlarına istədiyini əmr edən, ucalardan uca olandır. 

Paylaş: