Namazın vaxtını gecikdirərək qılmaq günahdır?
Sual:
Salam.namazin evvel vaxtda qilinmasi beyenilen emellerden oldugu melumdur.bilmek isterdim ki gecikdirmek gunahdirmi yoxsa olarmi?evvelceden cox sagolun
Cavab:
Aleykum salam. Söylədiyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır".
Heç bir üzürlü səbəb olmadan namazların vaxtlarını gecikdirərək son vaxtında qılmaq bəyənilmir. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Yuxarıdakı hədisdə deyildiyi kimi ən xeyirli əməl vaxtında qılınan namazdır. İslam alimlərinə görə ən fəzilətli vaxt ilk yarım saatdır.