Namazı vaxtı girən kimi qıla bilməmək günahdır?
Sual:
Salam.suallari cavablandirdiginiz ucun sizden Allah razi olsun.zehmet olmasa deyerdiniz,namaz vaxtlarindan hansi daha etibarlidir?men ehtiyat ucun 10-15deq gec qiliram hemise.buna icaze verilir?yoxsa vaxtinda qila bipmemek gunahdir?eger eledirse onda sizin verdiyiniz vaxt giren kimi qilsam duzgun olar?
Cavab:
Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).
Heç bir üzürlü, zəruri və istisna hallar olmadan namazların vaxtlarını gecikdirərək son vaxtında qılmaq bəyənilmir. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Onu da qeyd edək ki, bir namazın vaxtı növbəti namazın vaxtının girməsinə qədərdir. Yuxarıda hədisdə deyildiyi kimi ən xeyirli əməl vaxtında qılınan namazdır. İslam alimlərinə görə ən fəzilətli vaxt ilk yarım saatdır.