Namazın vaxtları barədə
Sual:
Salam aleykum namazin vaxtlari her yerde bir cur yazilir. Ona gore arada casib qaliram bilmirem hansiyla qilsam daha dogru olar. Ne etsem duzgun olar?
Cavab:
Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur. Həmçinin: Namazın vaxtları nəyə əsasən təyin olunub?