Xalça ilə namaz qılmaq düzgündür?

    05.01.2014
Sual: 
Salam aleykum.Bildiyime gore Peyqemberimiz [ Allahin Ona salavati ve salami olsun] secden ederken alni torpaqa deyerdi,bes ele ise alini xalchaya qoymaq olar? Bu barede bir delil varmi
Cavab: 

Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız torpaq üzərində namaz qılmamışdır. Aşağıdakı hədisdə həsir üzərində namaz haqqında danışılır:
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, nənəsi Muleykə Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yeməyi yedikdən son­ra dedi: "Durun, sizə namaz qıldırım". Ənəs (radıyəllahu anhu) dedi: "Mən, çox istifadə olunduğundan qaralmış həsirimizə ya­xın­laşıb üstünə bir az su səpdim. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun üstündə (na­maza) durdu. Mən yetim (Dumeyra) ilə birgə onun arxasında durdum, nənəm də bizim arxamız­da durdu. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə iki rükət namaz qıldırdıqdan sonra çıxıb getdi". (əl-Buxari, 380). Üstəlik yalnız torpaqda namaz qılmağı qəbul etsək, o zaman səcdədə əl, ayaqlar və s. da torpağa qoyulmalı idi, niyə yalnız alın? Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə belə bir əmr verməmişdir. Bu sonradan çıxmış yenilikdir (dində buna bidət deyilir) və bu haqda səhih mənbələrdə (Qurani Kərim, səhih hədislər) heç bir məlumat yoxdur.

Teqlər: 
Paylaş: