Namazları gündə bir dəfə dörd rükət qılmaq olarmı?

    09.08.2014
Kimdən: 
Şehla
Sual: 
Salam. Namazı günde 1 defe qılmaq, yeni Allah yolunda her gün 1 defe olarmı. 4 roket. Evvel qıldım, indi 2 uşağım var. Balacadılar. İndi başlamak istiyirem
Cavab: 

Aleykum salam. Fərz namazları gündə beş dəfə qılınmalıdır. Bir dəfə qılmağa icazə verilmir. Uca Allah namazı gündə beş dəfə qılmağı vacib buyurur. Ailəli olmağınıza baxmayaraq hər gün, hər namaza 5-10 dəqiqə vaxt ayırmaq mümkündür. Uca Allah namazı o qədər asanlaşdırmışdır ki, hər kəs rahat bir şəkildə Allaha ibadət edə bilsin. Belə ki, xəstə və ya səfərdə olanlara birləşdirərək üç dəfə qılmalarına icazə verilmişdir. Həmçinin, ayaq üstə qıla bilməyənə, oturaq halda, bunu da bacarmayana uzanaraq qılmağa rüsxət verilmişdir. Odur ki, hər hansı bir problemlə qarşılaşaraq bəndələrinə qarşı belə lütfkar və mərhəmətli olan Allaha ibadət etməyə səhlənkarlıq etməyin! 

Teqlər: 
Paylaş: