Dəstəmaz alarkən ağıza və buruna su almaq vacibdirmi?
Sual:
salam.destemazda buruna su almaq vacibdirmi?
Cavab:
Aleykum salam. Dəstəmaz alarkən ağıza və buruna su almaq vacibdir. Uca Allah dəstəmazın alınma qaydası haqqında buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun...". (əl-Məidə, 6). Ağıza və buruna suyun alınması üzə aid olduğuna görə ayədə yalnız üzün yuyulması buyurulur. Daha ətraflı: Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?