Sübh namazının qəzası necə qılınır?
Sual:
Salam Aleykum, Subh namazının qezası nece qilinir? və sesi qilinir yoxsa sesiz? bu haqda cavab yazın, Allah razı olsun.
Cavab:
Aleykum salam. Sübh namazına oyanmamaq səbəbi ilə namazı buraxan yuxudan oyandıqda dərhal namazı qılmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Səhih Muslim, 1103).
Namaz elə olduğu şəkildə qılınır. Əvvəlcə iki rükət sünnət, sonra da iki rükət fərz səsli olaraq qılınır.