"Əmin" və "in şəə Allah" kəlmələri nə vaxt işlənilir?

    12.08.2014
Sual: 
ASSALAMUALEYKUM.SUALIM BELƏDİRKİ BƏZƏN BİR DUANI EDƏNDƏ SONDA BƏZƏN İN ŞƏ ALLAH VƏ AMİN KƏLİMƏLƏRİ BİR YERDƏ İŞLƏNİR.BİLDİYİMƏ GÖRƏ BUNLAR FƏRQLİ ANLAMDA SÖZLƏRDİR.BUNA BAĞLI AYƏ VƏ HƏDİS VARMI?AMİN NƏ ZAMAN İN ŞƏALLAH NƏ ZAMAN İŞLƏNİR.CƏZƏKALLAHU XAYR
Cavab: 

Aleykum salam. "Əmin" sözü duaların sonunda işlənir. Əmin sözü "Allahım qəbul et!" deməkdir. əl-Fatihə surəsi duadan ibarət olduğu üçün namazda əl-Fatihədən sonra "əmin" deyilir. "İn şəə Allah" sözü isə "Allah istəsə" deməkdir. Bu söz ana dilimizdə istifadə edilən "Allah qoysa" ifadəsi ilə eyni mənada işlənir. Bu söz gələcəkdə etmək istədiyin bir işi söylədikdə istifadə edilir. Uca Allah buyurur: "Heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!"– demə! Ancaq: "Əgər Allah istəsə!" ("inşallah"- de!) Unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin"– de" (əl-Kəhf, 23-24).
"İn şəə Allah" sözü ilə bağlı buradan oxuyun: İnşallah" sözünün mənası nədir?

 

Teqlər: 
Paylaş: