Namazı xəstəlik səbəbindən tərk etdiyim üçün günah qazanırammı?
Sual:
Salam,mən namaza təzə başlamışdım ama məndə xəstəlik səbəbindən(qan azlığından) namazda səcdəyə əyilən vaxt huşumu itirdiyim üçün namazı tez yarıda buraxıram.Və namazı hələlik ümumiyyətlə buraxıb müalicə alıram .Bunun günahı varmı?
Cavab:
Aleykum salam. Heç bir halda namazı buraxmaq olmaz. Uca Allah xəstə üçün namazı asanlaşdırmışdır. Xəstəlik və ya soyuq hava şəraiti olduqda dəstəmazın əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbi ilə ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılın. Oturaq halda namaz qılarkən rüku və səcdə etdikdə bir az qabağa əyilərək yerinə yetirin. Həmçinin, xəstə olduqda zöhrlə əsr və ya məğriblə işa namazlarını birləşdirməyə icazə verilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səfərdə və ya müəyyən zəruri ehtiyac səbəbi ilə sübh namazını öz vaxtında qılar, zöhr namazını əsr namazı ilə, məğrib namazını da işa namazı ilə birləşdirərdi.