Namazı vaxtında qılmağa aid hədis yaza bilərsinizmi?

    14.08.2014
Kimdən: 
Dağlar oğlu moşu
Sual: 
Salam aleykum. Namazi vaxtinda qilmaga aid hedisi yaza bilersinizmi?
Cavab: 

Aleykum salam. Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?" O buyurdu: "Namazı vaxtlı-vaxtında qılmaq". Mən dedim: "Sonra hansıdır?" O buyurdu: "Valideynlərin qayğısına qalmaq". Mən dedim: "Bəs sonra hansıdır?" O buyurdu: "Allah yolunda cihad etmək". (əl-Buxari).

Teqlər: 
Paylaş: