Peyğəmbərimiz dişlərini misvakla təmizləyərdimi və bu orucu pozurmu?
Sual:
Salam. Peyğəmbərimiz dişlərini misvakla yuyurdu? Hardansa beləbir məlumat oxumuşdum, amma dəqiq bilmədiyim halda oruclu ikən bunu dilimə gətirdim. Görəsən orucum batildir?
Cavab:
Və aleykum Salam. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib. O (salləllahu aleyhi və səlləm) buyurub: "Əgər çətin olmasaydı, hər namazda misvakdan istifadə etməyi əmr edərdim”. (İmam Əhməd, 9589). Başqa bir hədisdə: “Misvak ağzı təmizlər, Rəbbi razı edər". (ən-Nəsəi, 5).
Oruclu olarkən dişləri misvakla təmizləmək orucu pozmur. Amir ibn Rabiyə (radıyallahu anhu) demişdir ki, mən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm. (əl-Buxari).