Təkəbbürlük nədir?

    14.08.2014

Abdullah ibn Amr demişdir: “Biz Pey­ğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynin­də yaşıl atlasdan bir cübbə var idi. O gəlib Pey­ğəmbərin başının üstdə durub dedi: “Sizin dostunuz hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır”. Pey­ğəmbər onun cübbəsinin ətəyindən tutub dedi: “Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?” Sonra dedi: “Allahın peyğəm­bəri Nuh vəfat edərkən oğluna belə demişdi: “Mən sənə vəsiyyətimi söyləyirəm; sə­nə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə “lə iləhə illəl­lahı” əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və “lə iləhə illəllah” digər gözünə qoyulsaydı, bu tövhid kəl­məsi ağır gələrdi. Əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, “lə iləhə illəllah” onu yarardı. Habelə, “subhə­nallahi və bihəmdihi” kəlmələ­rini əmr edirəm. Çünki bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Sənə iki şeyi qadağan edirəm: Allaha şərik qoşmağı və təkəb­bürlük etməyi". Səhabələr dedilər: “Ey Allahın Elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan gözəl əbasını gey­məsi təkəb­bürlükdürmü?” Pey­ğəmbər: “Xeyr”- deyə cavab verdi. 
Kişi dedi: “Mə­gər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların ol­ması təkəb­bürlük­dürmü?” Pey­ğəmbər: “Xeyr”- deyə cavab verdi.
Kişi dedi: “Mə­gər birimizin minəcək heyvana sahib olması təkəb­bürlük­dürmü?” Peyğəmbər: “Xeyr”- deyə cavab verdi.
Kişi de­di: “Mə­gər birimizlə oturub-duran dostların olması təkəb­bürlük­dür­mü?” Pey­ğəmbər: “Xeyr”- deyə cavab verdi.
Kişi dedi: “Bəs təkəbbürlük nədir, ey Allahın Elçisi?” Pey­ğəmbər dedi: “Haqqı dan­maq və insanlara xor baxmaq­dır”. (əl-Buxari “Ədəbul-Mufrad”, 548). 

Paylaş: