Niyə Allah yaxşı insanları tez, pis insanları isə gec öldürür?

    21.08.2014
Kimdən: 
Memmedova Pervane
Sual: 
selam aleykum. niye Allah yaxsi insanlari tez oldurur pisleri ise gec
Cavab: 

Aleykum salam. Bu düzgün ifadə deyil. Hər kəsin - istər yaxşı, istərsə də pis insanın müəyyən vaxta qədər təyin olunmuş bir əcəli var. Uca Allah buyurur: "Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər". (əl-Hicr, 5).
"Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!" (əl-Əraf, 34).

Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, bir bədəvi dedi: "Ey Allahın Elçisi, ən xeyirli insan kimdir?" Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyur­du: "Ömrü uzun və əməli gözəl olan kimsə". (ət-Tirmizi, 2329, 2499).
Həmçinin bu linki oxuyun: "Allah sevmədiyi bəndəsini öldürməz" fikri doğrudurmu?

Paylaş: