Quranın hansı ayəsində musiqinin haram olması barədə yazılıb?

    24.08.2014
Sual: 
salam quranda hansi ayade hansi surede yazilibki mahni haramdi zehmet olmada mene deyinde Allah sizden razi olsun
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "​Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!" (əl-İsra, 64).
Bu ayəni təfsir edən (izah edən) İslam alimləri ayənin musiqiyə aid olduğu bildirmişlər. 

Teqlər: 
Paylaş: