Peyğəmbərə təsbehlə salavat göndərmək olarmı?

    24.08.2014
Sual: 
SELAMU ALEYKUM.DEYIRLER KI TESBEHLE ZIKR ETMEK OLMAZ.BILMEK ISTEYIREM KI TESBEHLE SALAVAT GONDERMEK DUZGUNDURMU.........ALLAH XATIRINE SUALIMI TEZ CAVABLANDIRIN
Cavab: 
Aleykum salam. Peyğəmbərə təsbehlə salavat göndərmək olmaz. Çünki Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) dövründə təsbeh olmamışdır. Təsbehlə zikr etmək Peyğəmbərin özünün etmədiyi və buyurmadığı bir əməldir. Abdullah ibn Amr adlı bir səhabə (Allah onlardan razı olsun) belə demişdir: "Peyğəmbərin zikr edərkən sağ əlini (sayaraq) bükdüyünü görmüşəm". (Əbu Davud; ət-Tirmizi).
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bəzi qadınlara demişdir: "Subhanəllah, Lə iləhə illəllah … deyin. Və barmaqlarınızı bükün. Həqiqətən onlar soruşulacaq və danışdırılacaqlar". (Əbu Davud).
Bu, bütün sayla olan zikr və dualara aiddir. Odur ki, salavatı say ilə demək istədikdə barmaqlarınızı qatlayaraq deyin. Həmçinin oxuyun:
Salavat necə deyilməlidir?
Peyğəmbərimizə necə salavat göndərək?

 

Teqlər: 
Paylaş: