Övladın olması üçün dua etmək günahdırmı?

    27.08.2014
Kimdən: 
su
Sual: 
Salam ! Men bezen usagimin olmasuycun dua edende qorxuram deyirem belke Allahu tealanin xosuna gelmeyen bir hereket etmis olaram 6 aydir evliyem ele bir boyuk illerde deyil belkede onnan ireli gelir?
Cavab: 

Aleykum salam. Uca Allaha yaxşı övladın olması üçün dualar edin. Çünki Quranda xəbər verildiyinə görə peyğəmbərlər Uca Allahdan özləri üçün xeyirli zürriyət diləyirdilər. Həmçinin, övladın və ruzinin artması üçün çoxlu istiğfar edin (Allahdan bağışlanma diləyin). Uca Allah Nuhun öz qövmünə bu sözlərlə nəsihət etdiyi haqda xəbər verərək buyurur: "Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar". (Nuh, 9-12). Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Övladı olmayan istixarə namazı qıla bilərmi?
Övladın olması üçün tez-tez dua etmək və süni mayalanma etmək günahdırmı?

 

Teqlər: 
Paylaş: