Heyz halında cənabət qüslu almaq olarmı?
Sual:
Salamun aleykum heyz halindayken cenabet quslu almag olar ve cunub halindayken dini kitablar ve sureler oxumag, dua etmek olar?
Cavab:
Aleykum salam. Əgər ehtiyac varsa, almaq olar. Həmçinin şəriət qayda-qanunlarına görə hər ikisinə görə də bir qüsl almaq kifayətdir. Hər iki hal üçün qüslun alınma qaydası da eynidir. Boynunuzda qüsul varsa, ərəbcə Qurani Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.