Universitetdə oxuduğum üçüm bəzi namazlarımı birləşdirib qıla bilərəmmi?
Sual:
Salam.men namaza tezelikle 2ay olar ki baslamisam ve en boyuk arzumu yerine yetirmisem bununlada.amma universitetde oxuyuram ve ders saatlarimla bagli narahatligim var,beledir ki oglanlar namazini ve destemazini almagi daha rahat olur amma bizde cetinlik olur.qisaca zohr ve esr namazlarini axsam namazina kimi birlesdirib qila bileremmi zohr namazin vaxti cixmis olsa da?bunu bilmek istedim,evvelceden tesekkurler
Cavab:
Aleykum salam. Universitetde namaz qılmağa yer yoxdursa, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir.