İnsan dəfələrlə günah etsə, Allah onun günahlarını bağışlayacaqmı?
Sual:
esselamun aleykum men size bele bir sual vermek isdeyirem bu meni cox maraqlandirir siz deyirsiniz ki ALLAH TEALA butun gunahlari bagislayir tovbe etdikden sonra yani o gunaha qayitmamaq sertile eyer qayitsa o gunaha yene tovbe etdikde bagislanir bu beledirse qiyamet gunu ve yaxudda olduyde insan tovbe etdiyi gunahlarin sorgusu niye aparilacaq?????? xahis edirem tez cavab yazin tewekkur edirem.
Cavab:
Aleykum salam. Rəvayət edilir ki, bir kişi Allahın Rəslunun (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun. Ona tövbə varmı?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın Rəslu (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaqçılığımı və günah əməllərimi də?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" - deyə-deyə gözdən itdi". (ət-Tabərani “Mucəmul-Kəbir” 7085, 7235).
Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (əl-Hakim, 7658).
Səmimi tövbə edib ardınca yaxşı işlər görmək günahı yuyur. Qiyamət insan təkcə tövbə etdiyi əməllər yox, bütün əməlləri barəsində sorğu sual olunacaq. Uca Allah buyurur: Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" (əl-Kəhf, 48-49). Həmçinin oxuyun: