Faiz verənin toyunda iştirak etmək və hicab bağlamayının cəhənnəmə düşəcəyi haqda

    02.09.2014
Sual: 
Salam aleykum.1.Faiz verenin toyunda ishtirak etmek olarmi?eger chaqiribsa.2.Hicab baqlamayan cehenneme dushermi?eger tovbe edib baqlayibsa,baqlamadiqi illere gore hesaba chekilermi?
Cavab: 

Aleykum salam. Əgər dəvət olunmusunuzsa və həmin toy islam qayda-qanunlarına uyğun keçirilərsə, getmək olar. Daha ətraflı: İslamda nikah və toyun qaydaları necədir? 
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu söyləmişdir: "Müsəlmanın müsəlman üzərində altı haqqı var". Orada olanlar dedilər: "Ey Allahın elçisi, onlar hansılardır?” O buyurdu: “Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb "Əlhəmdulilləh" (həmd olsun Allaha) deyəndə sən də ona "Yərhəmukəllah" (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et". (Muslim; ət-Tirmizi; ən-Nəsai; İmam Əhməd).
İbn Ömər (radıyəllahu anhumə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim sizdən Allahın adı ilə istəyərsə verin, kim sizdən Allahın adı ilə sığınacaq istəyərsə verin, kim sizi dəvət edərsə dəvətini qəbul edin, sizə yaxşılıq edəni mükafatlandırın, mükafatlandırmaq üçün bir şey tapmasanız mükafatlandırmış olduğunuzu görənə (bilənə) qədər onun üçün dua edin".  ( ən-Nəsai, 2565; Əbu Davud, 1672; İmam Əhməd, 2/ 99).​

Hicab barədə bu cavabı oxuyun: Hicabı açmaq günahdır?
Əgər tövbə edib bağlayarsa, inşallah, bağlanmadığı günlərə görə Uca Allah onu hesaba çəkməz.

Paylaş: