Qəzəblənib vurduğum uşaqdan halallıq almalıyam?
Aleykum salam. Belə hallarda Allaha tövbə etmək və haqqına girdiyiniz insandan halallıq almaq tələb olunur, çünki qiyamət günü qulların haqqı özlərinə həvalə ediləcək. Həmçinin dinimizdə üzə və başa vurmaq qadağandır. Suleyman ibn Surad (Allah ondan razı olsun) deyir ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən (radıyəllahu anhum) biri belə rəvayət etdi: "İki kişi peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında bir-birilə söyüşməyə başladı. Onlardan biri qəzəbləndi. Onun qəzəbi ta o qədər artdı ki, üzü şişdi, sifəti dəyişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Mən elə bir kəlmə bilirəm ki, əgər o, həmin kəlməni desəydi, qəzəb hissi ondan gedərdi!" Bir nəfər gedib peyğəmbərin dediyini ona bildirdi və: De: "Əuuzu billəəhi minə-ş-şeytaanir-racim! - Lənətlənmiş şeytandan Uca Allaha sığınıram) - dedi. O isə cavabında: "Yoxsa mənim qəzəbləndiyimi güman edirsən? Məgər mən dəliyəm? Get burdan!" - dedi. Həmçinin oxuyun:
Qəzəblənmə!
Qul haqqı barədə