Övladıma Ömər adını qoymağıma anam razı deyil
Aleykum salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin (Onlara Allahın salamı olsun), həmçinin səhabələrin (Allah onlardan razı olsun) və keçmiş əməlisalehlərin (Allah onlara rəhmət etsin) adlarıdır. Həmçinin, bilmək lazımdır ki, dini ad qoymaq vacib buyurulmamışdır. Əsas şərt odur ki, qoyulan adların mənası gözəl olsun. Əgər bu adı qoymağı çox istəyirsinizsə, valideyninizə Ömər ibn Xəttabın (Allah ondan razı olsun) cənnətlə müjdələnən 10 səhabədən biri, ədalətli dövlət başçısı, əxlaqlı, elmli, qətiyyətli və s. cəhətlərə sahib olması, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yaxın dostu və qaynatası olmasını gözəl tərzdə izah edə bilərsiniz. Daha ətraflı: Ömər ibn Xəttab
Həmçinin deyə bilərsiniz ki, hal-hazırda adı Ömər olan insanlar bu ada görə problem yaşamırlar. Valideyniniz çox təkid etsə, yaxşı olar ki, ona tabe olasınız: "Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünya işlərində onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 15).