Nisyə qızıl almaq olarmı?

    08.09.2014
Kimdən: 
Gonag
Sual: 
As salamu alekum. Allah Subahana ve Teala sizin bu ishi heyirli ve bereketli Etsin. Men toy ile elagedar gizil komplekt almishan , Nisye Sherti ile yani hisse hisse odemek sherti ile .borcumu helede tam olarag baglamamsham. Nisye gizil almagim caizdi mi Sheriete gore.?
Cavab: 

Və aleykum Salam. Qızılın nisyə alışı və satışı icazəli deyildir. Alış və ödəniş eyni görüşdə, eyni gündə olmalıdır. Rəsulullah (ona Allahın salavatı və salamı olsun) qızıl, gümüş, arpa, buğda, xurma və duzun bəzi satış növlərini də faiz kateqoriyasına daxil etmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Qızılı qızılla satarkən yalnız eyni növdə və bərabər çəkidə satın. Gümüşü gümüşlə satarkən yalnız eyni növdə və bərabər çəkidə satın. Bu növlərin nəğdini nisyə ilə satmayın". (əl-Buxari, 2177).
Yenə buna oxşar başqa bir hədisdə belə deyilir: "Qızıl müqabilində qızıl, gümüşün əvəzinə gümüş, buğda yerinə buğda, arpa müqabilində arpa, xurmanın əvəzinə xurma və duzun müqabilində duz misli mislinə və nəğd olur. Kim artırsa, yaxud artığını istəsə, faiz yeyir. Bu işdə alan da, verən də birdir". (Muslim, 1579).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Qızılı qızılla, buğdanı buğda ilə, arpanı arpayla, xurmanı da xurma ilə satmaq sələmdir. Yalnız əldən ələ (nəğd) olarsa sələm sayılmaz". (əl-Buxari, 2134).
Əgər bu altı növ məhsul öz növündən olan bir məhsulla, məsələn, qızıl qızılla, xurma xurma ilə – satılarsa, belə halda fərqli (məsələn, 1 kq-a, 2-kq vermək) və nisyə satış haramdır. Məhsulların keyfiyyətli və ya keyfiyyətsiz olmasına baxmayaraq, gərək hər iki növün çəkisi eyni olsun və həmin razılaşmada məhsul əldən ələ alınsın (nisyə olmasın). Əsas şərt odur ki, alqı-satı həmin anda tamamlansın yəni, əldən-ələ nağd olsun və nisyə olmasın.

Teqlər: 
Paylaş: